Bakıda gecə reydi keçirilib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.
Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Mənbə: Qafqazinfo