Ç. İyn 25th, 2025

Bakıda geyim mağazaları yenidən bağlana bilər – AÇIQLAMA

Pandemiyaya görə insanlar arasında növbəti ayın birindən etibarən bəzi iaşə obyektlərinin, xüsusən də geyim mağazalarının bağlanılması barədə şaiələr gəzir.

Mağaza sahibləri növbəti aydan mağazaların bağlanılması təşvişi ilə mallarını müştərilərə dəyər- dəyməzinə satırlar.

Qeyd edək ki, eyni şaiələrə müştərilər, sıravi insanlar arasında da rast gəlinir.

Bununla bağlı deputat Cavid Osmanov açıqlama verib:

“Məndə elə bir məlumat yoxdur. Narahatedici məqam və yoluxanların sayında artım müşahidə olunarsa bu addım atıla bilər. Sentyabr ayının 15- dən artıq təhsil müəsissələri açılıb. Gündəlik olaraq yoluxma dinamikasına baxıb görürük ki, pedoqoji kollektivin işçiləri arasında, o cümlədən şagirdlər arasında yoluxma halları müşühidə olunur.
Bu virus hələki var və bizimlə yaşayır. Virus bizimlə yaşadığı müddətdə növbəti qəraralar qəbul oluna bilər”.

Mənbə: Sonxəbər

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com