Ç. İyn 25th, 2025

Bakıda güllələnmə hadisəsi baş verib

Bakının Xəzər rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Ç.Mustafayev küçəsində 1981-ci il təvəllüdlü Allahverdiyev Nəcəf Oqtay oğlu tanıdığı şəxs tərəfindən tir tüfəngi ilə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu nahiyəsinin aşağı üçdə birinin dərin keçən yarası diaqnozu qoyulub.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com