Ç. İyn 25th, 2025

Bakıda oğurluq hadisəsi baş verib

Bakıda avtomobillərin təmiri sexində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1 600 manat pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com