Bakıda piyada avtomobil qəzası nəticəsində komaya düşdü

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Paytaxt sakini, 1965-ci il təvəllüdlü Ağayarov Kazım Ağayar oğlu yolun kənarında hərəkət edən zaman yüksək sürətlə gələn minik avtomobili onu vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı xəstəxanaya komatoz vəziyyətdə daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Mənbə: APA