Bakıda qətlə yetirilən şəxs bir müddət əvvəl polisdən kömək istəyib

Avqustun 31-i saat 10 radələrində Biləcəri qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev qayınatası Xalid Bağırovu 14 bıçaq zərbəsi vuraraq öldürüb.
Ailə üzvlərinin ifadəsinə əsasən, 22 yaşlı Ayxan 3 ay öncə həyat yoldaşını Sumqayıtda yandıraraq öldürmək istəyib. Lakin, atası onu taparaq evə gətirib və polisə müraciət edib. Ayxanın atası Asif isə polisə müraciət etdiyi üçün həyat yoldaşının ailəsini ölümlə təhdid etməyə başlayıb. Bundan sonra Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində mərhum Xalid Bağırov izahat yazaraq, ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş edib. Bir müddət sonra isə ailənin təhlükəsizliyinin təmin olunacağı barədə rəsmi məktub gəlib.
31 avqust saat 10 radələrində isə Ayxan evə girib, bütün ailəni öldürməyə çalışsa da, mərhum Xalid Bağırov onun qarşısını kəsməyə çalışıb. Ayxan əvvəlcə qayınatasının boğazını kəsib, daha sonra isə bədənin müxtəlif hissələrinə çoxsaylı bıçaq zərbəsi vuraraq öldürüb.
Ayxan Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.