Bakının Biləcəri qəsəbəsində yollar niyə bağlanılıb?

Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Mənbə:report.az