Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi

Qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.
Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə:Redaktor.az