Ç. İyn 25th, 2025

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerindəcə dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır.

Mənbə: Bakupost.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com