Ç. İyn 25th, 2025

Balakəndə ölümlə nəticələnən hadisə baş verib

Balakən rayonunun Hənifə kəndində ölümlə nəticələnən hadisə baş verib.

Mediamax.az-ın məlumatına görə, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Nurəddin oğlu Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektik cərəyanı vurub.

Ağır elektroşok travması alan T.Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com