Ca. İyn 26th, 2025

Bank Respublika qanvermə aksiyası təşkil etdi

Bank Respublika, fəaliyətinin 28-ci ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib.

“8 may – Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar keçirilən aksiyada Bankın Bakı və regional filiallarının 150-ə yaxın könüllü əməkdaşı iştirak edib. 

Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.

Mənbə: Bank Respublika

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com