Ç. İyn 25th, 2025

Barak Obamanın 2014-cü ildə epidemiyaya qarşı xəbərdarlığı

2005-ci ildə keçmiş prezident Corc Buş və 2014-cü ildə Barak Obamanın qlobal epidemiyaya qarşı verdiyi xəbərdarlıqlar sosial mediada gündəmə gəldi.

Keçmiş prezident Barak Obamanın 6 il əvvəl verdiyi xəbərdarlıq:
“H1N1’in daha ölümcül olmaması baxımından şanslı idik. Ebola mövzusunda şanslı olduğumuzu söyləyə bilmərik. Çünki, Qərbi Afrikada dağıdıcı təsirə sahib olduğu açıqdır, amma ebola hava yolu ilə keçmir. Beləliklə, 5 və ya 10 il sonra İspan qripinə bənzər yeni bir virus meydana gəlsə, investisiya qoyub, onun qarşısını almaq üçün irəliləyiş etmiş olacağıq. Bu, bizim üçün ağıllı bir investisiya olar. “

Epidemiya ilə bağlı Obamadan əvvəl bir xəbərdarlıq da Corc Burşdan gəlmişdi. Buş, 15 il əvvəl böyük bir epidemiyaya qarşı tədbir almağın lazımlığını söyləmişdi:
“Əgər bir epidemiyanın meydana çıxmasını gözləsək, ona qarşı hazır olmaq üçün çox gec olacaq. Epidemiya meşə yanğını kimidir. Əgər tez tutsanız, məhdud ziyanla öhdəsindən gəlmək olar. Əgər yanmasına icazə versəniz, cəhənnəm oduna çevriləcək və nəzarət gücümüzün üstündə sürətli bir şəkildə yayılacaq.”

Hazırkı Amerika Prezidenti Trump, koronavirusa gec müdaxiləsinə görə tənqid hədəfi olaraq qalır

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com