“Barsaleno” klubunun tanınmış yarımmüdafiəçisi transfer olundu

Türkiyəli futbolçu Arda Turan “Qalatasaray”la müqavilə bağlayıb.
Bu gün 33 yaşlı oyunçu instaqram hesabında fotosunu paylaşaraq, “Və bir gün hər kəs yuvasına dönər” sözlərini yazıb. Bununla da o, transferini bir daha təsdiqləyib.
Qeyd edək ki, Turanın “Barselona” ilə olan müqaviləsi bu ilin iyununda bitib.
2019-2020 mövsümündə türk icarə əsasları ilə “İstanbul”da çıxış edib. O, komandanın tərkibində 12 matç keçirib. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub.
Mənbə: Qafqazinfo