Ç. İyn 25th, 2025

“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

İspaniya “Barselona”sının futbolçusu Samuel Umtitinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Xəstəliyi simptomsuz keçirən fransalı müdafiəçi dərhal evində karantinə alınıb.

Kataloniya təmsilçisinin məsələ ilə bağlı UEFA-nı məlumatlandırdığı və oyunçu ilə yaxın ünsiyyətdə olan hər kəsdən analiz götürüldüyü bildirilib.

Qeyd edək ki, S.Umtiti zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının 1/4 finalmərhələsinin Almaniya “Bavariya”sı ilə bugünkü matçı üçün Portuqaliyanın paytaxtı Lissabona yollanmayıb.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com