Ç. İyn 25th, 2025

Baş Dövlət Yol Polisi İdarəsindən cərimlənənlərlə bağlı məlumat yayılıb

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.05.2020-ci il saat 00:00-dan 07.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Mənbə: Apa.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com