Bz. Avq 10th, 2025

Baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs edildi

İranda son günlər baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs olunub.  

İranın meşələrin, əkin sahələrinin və  su resurslarının mühafizəsi üzrə təşkilatın sədri Əli Abbasnejad deyib ki,  baş vermiş yanğınların bir qismi quru hava şəraiti ilə əlaqəli olsa da, bir qismi şübhəlidir və qəsdən törədilib.

Qeyd  edək ki, ötən həftələr İranın qərb və şimal bölgəsində minlərlə hektarda ağacın yanması ilə yanaşı bir neçə nəfər ekoloji fəalın  ölməsinə  səbəb olan meşə yanğınları baş verib. İran rəsmiləri bu yanğınların qəsdən törədildiyini bildirir. 

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com