Ç. İyn 25th, 2025

“Bavariya” ÇL-i qazansa, “Barselona” “Liverpul”a pul ödəyəcək

Müqavilə ilə İspaniya “Barselona”sına məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi “Bavariya”nın (Almaniya) heyətində UEFA Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda İngiltərənin “Liverpul” klubu 5 milyon avro qazanacaq.

Sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.

Braziliyalı futbolçu 2018-ci ilin qışında “qırmızılar”dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.

Qeyd edək ki, turnirin 1/4 final mərhələsində “Barselona”nı 8:2 hesabı ilə məğlub edən “Bavariya” yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.

Almaniya klubu yarımfinalda “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com