Ca. İyn 26th, 2025

BDU-nun müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya Texnologiyaları Mərkəzinin mühəndisi Mustafayeva Zivayət Nurəddin qızı vəfat edib.

BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva açıqlamasında bildirib ki, Z.Mustafayevanın ölümünə səbəb ürək çatışmazlığı olub:

“Zivayət Mustafayeva ötən həftə açıq ürək əməliyyatı keçirib, dünən axşam isə evində vəfat edib”.

Günel Orucəliyeva qeyd edib ki, 1952-ci il təvəllüdlü Z.Mustafayeva 1978-ci ildən Bakı Dövlət Universitetində çalışırmış.

Mənbə : apa az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com