Belarus prezidenti Belarusa həsəd aparıldığını deyib

Belarus Prezidenti Aleksandr Lukaşenko ciddi məhdudlaşdırıcı tədbirlər olmadan koronavirusla mübarizə apara bildiyi üçün Belarusa həsəd aparıldığını deyib.
Onun sözlərinə görə, Belarus dünyada bu yolu seçən yeganə ölkədir. O, insanları virusa yoluxma riski ilə əlaqədar narahat olmamağa çağırıb:
“Kim xəstələnsə, sağaldacağıq. Müalicə edəcəyik. Bu barədə narahat olmayın. Bunu bacarırıq. Bu gedişlə biz bütün dünyaya “Gedin, öyrənin!” deyəcəyik”.