Belarusda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi yad edildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri tərəfindən əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin şəhid olmasının növbəti il dönümündə məzarı ziyarət olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə, 1992-ci ilin iyun ayının 13-də həlak olan qəhrəmanın məzarının üzərinə Müdafiə naziri adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Mənbə: APA