Ç. İyn 25th, 2025

Berlin kilsəsi öz qapılarını müsəlmanların üzünə açıb

Almaniya paytaxtı Berlində bir kilsə öz qapılarını sosial məsafə qaydalarına görə məscidə sığa bilməyən müsəlmanların üzünə açıb.
Almaniya mayın 4-dən dini ibadətlərin bərpasına icazə verib, lakin ibadət edənlər 1,5 m sosial məsafə qaydasını gözləməlidirlər.
Noyköln rayonundakı Darəssalam Məscidi ibadətə toplaşanların hamısını yerləşdirə bilməyəndə, onun köməyinə gələn qonşu Kroytsberqin Martha Lüteran Kilsəsi cümə namazına gələnləri qəbul etməyi təklif edib.

Məscidin imamı Reuters xəbər agentliyinə bildirib: “Bu möhtəşəm işarədir və Ramazanda, habelə bu böhran içində sevinc gətirir”.
“Bu pandemiya bizi bir icma halına gətirdi. Böhranlar insanları bir araya gətirir.”

Mənbə : BBC

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com