Ç. İyn 25th, 2025

Beş ay ərzində 1200-ə yaxın şəxs sürücülük hüququndan məhrum edilib

İlin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı açıqlanıb. 

Bu ilin 5 ayı ərzində 1200-ə yaxın şəxs nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olmuşdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com