Beyrutda ölənlərin sayı artıb

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.
Bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsən məlumat verib.
Nazir, 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.
Ölkədə matəm, paytaxt Beyrut isə fəlakət zonası elan edilib. Beyrutda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Mənbə: APA