Ç. İyn 25th, 2025

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev həbs edilib.

Bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və M.Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Quliyevlə birlikdə ümumilik doqquz nəfər vəzifəli şəxs saxlanılıb.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Xatırladaq ki, Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com