Şb. Avq 9th, 2025

Bill Qeyts “Covid-19” virusunun peyvəndindən danışdı

“İnsanların koronavirusdan sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”.

Bu barədə “CBS News”a açıqlamasında “Microsoft”un qurucusu Bill Qeyts bildirib.

Onun sözlərinə görə, bir insanın koronavirusdan sağlaması üçün bir deyil, iki doza peyvənd qəbul etməsi lazım olacaq: “Bu anda, vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz. Əvvəllər buna ümid edilirdi”.

“Yalnız iki dəfəyə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox doza lazım olacaq” – deyə, “Microsoft” rəhbəri əlavə edib.

Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Fondu koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 300 milyon dollar ayırıb.

ÜST-nin ikinci ən böyük donoru olan bu fond 2018-2019-cu illərdə öz büdcəsinin 9,76% -ni səhiyyə qurumuna köçürüb. 

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com