Binəqədi rayonunda yanğın baş verib

Məlumata əsasən, Binəqədi rayonunun Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.