Ç. İyn 25th, 2025

Bir Covid-19 peyvəndi 15 dollara satılacaq

Mediamax xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə etdiyi açıqlamada, “Moderna şirkəti ilə 100 milyon koronavirus peyvəndinin istehsalı və təhvili üçün razılaşdığımızı açıqlamaqdan məmnunam” deyib və “Federal hökumət bu peyvəndə sahib olacaq, bunları satın alırıq”,- əlavə edib.

ABŞ hökumətindən peyvənd testi üçün 955 milyon dollar dəstək alan Moderna, peyvəndin bir dozasını təxminən 15 dollara ya da iki dozalıq bir paketi 30 dollara satacaq.

ABŞ hökuməti daha əvvəl peyvənd üçün təcrübələr aparan digər bəzi şirkətlərlə tədarük razılaşması təmin edib. Hökumət İyul ayında Pfizer Inc. və Almaniyadan ortağı BioNTech SE-dən, təcrübələrin müvəffəqiyyətli nəticə verməsi vəziyyətində, 1.95 milyard dollar məbləğində 100 milyon doza RNA peyvəndi satın alıb. Bu ayın əvvəlində isə, federal hökumət Johnson & Johnson ilə məbləği 1 milyard dollardan çox olan 100 milyon ədəd peyvənd üçün tədarük müqaviləsi bağlayıb.

Mənbə: Marja.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com