“Bizdə olandan heç kəsdə yoxdur!”

“ABŞ-da olan silahdan nə Rusiyada, nə də Çində var”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
Daha əvvəl Tramp jurnalist Bob Vudvorda müsahibəsində ABŞ-da hansısa güclü gizli silahın olduğunu bildirdiyinə görə tənqid olunmuşdu.
“Mən dedim: bizdə sistemlər, raketlər, hərbçilər var… Sizin görmədiyiniz sistemlər var! Sədr Sidə beləsi yoxdur, Putində beləsi yoxdur. Bizdə olandan heç kəsdə yoxdur”, – Tramp Miçiqanda tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Mən sadəcə demək istəyirəm ki, Amerika silahlı qüvvələri ən güclüdürlər”, – Tramp əlavə edib.
Mənbə: Qafqazinfo