Ç. İyn 25th, 2025

BNA-nın şöbə müdiri cəzalandırıldı

“Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən qalmaqala səbəb olan açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik”. – bu barədə BNA-dan bildirilib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

Rəsmi

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com