Ç. İyn 25th, 2025

BQXK əsir götürülən erməni diversantla bağlı hər iki tərəfin adiyyəti qurumları ilə əlaqədə olduğunu açıqlayıb

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun əsir götürülmüş komandiri, baş leytenant Qurqen Alaverdyanla bağlı bildirib.

  “Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, o şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir, həmçinin, bu şəxslərin ailələri əlaqələrini saxlamaqda köməklik göstərir”, – deyə İ. Hüseynova qeyd edib.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com