“Brent” neftin qiyməti aşağı düşdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,56% azalaraq 1 barelə görə 37,95 dollar təşkil edib.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,87% azalaraq 35,66 dollar təşkil edib.
Mənbə:apa.az