“Brent”dən son 21 ilin antirekordu

Aprelin 22-də “Brent” markalı neftin qiyməti 1999-cu ildən bəri ən aşağı səviyyəyə enib. “Brent”in fyuçersləri ötən sessiyada 24% azalaraq 15,98 dollar səviyyəsinə düşməklə 21 ilin antirekordunu vurub.
Qeyd edək ki, həmin gün ərzində qiymət artımı 8%-i keçib.
“APA”-nın məlumatına görə, 22 Aprel Bakı vaxtı ilə saat 18:21-də “Brent” neftinin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 8,17% artaraq 20,91 ABŞ dolları təşkil edib.
Mənbə: Apa.az