Britaniyada son sutka ərzində 827 nəfər koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində 827 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da youxma hallarının ümumi sayı 294,066-ya çatıb.
Qeyd edək ki, iyulun 16-na olan son məlumata görə, krallıqda koronavirusdan ölənlərin sayı 45119 nəfərə yüksəlib.
Mənbə: APA