Bu gün Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxub

Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Koronavirus testi pozitiv çıxan 7 nəfər isə dünyasını dəyişib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Mənbə: BakuPost