Ç. İyn 25th, 2025

Bu gün Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən  verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bugünkü imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

Mənbə: apa

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com