Bu gün Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bugünkü imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Mənbə: apa
Dünarə Kişiyeva