Bu gün Azərbaycanın əlamətdar günlərindən biri olan Azərbaycan Polisi Günüdür

Bildiyimiz kimi 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarını 2 iyul təsis edilib.
Yarandığı gündən etibarən daima inkişaf edən, yüksən nəticə və təcrübə əldə edən Azərbaycan polisi hər zaman xalqın rəğbətini qazanıb.
Ulu öndər, Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Polis olmaq böyük hünər, cəsarət və şərəf istəyən bir peşədir. Bu şərəfli öhdəliyi layiqincə yerinə yetirən hər bir polisin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır, şəhid olmuş polislərimizə isə Allahdan rəhmət diləyirik.