Ca. İyn 26th, 2025

“Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır

Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir, həmçinin “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir.

Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

Mediamax.az saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı eyni zamanda bildirib:

“Bizim tankçılar tank biatlonunda iştirak edirlər.

Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik” – deyə İlham Əliyev sonda bildirib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com