Ça. İyn 24th, 2025

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək

Mediamax.az saytının məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda təşkil ediləcək görüşdə Fransa PSG-si ilə Almaniya “Bavariya”sı üz-üzə gələcək.

“Estadio da Luş” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu İtaliyalı hakim idarə edəcək. Oyun əvvəlcədən elan edildiyi kimi azarkeşlərsiz keçiriləcək.

Qeyd edək ki, 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” son olaraq 2013-cü ildə bu titulu əldə edib.

Fransız PSG-si isə ilk dəfə bu titula yiyələnmək niyyətindədir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com