Ç. İyn 25th, 2025

Bu gün daha 97 nəfər koronavirusa yoluxub, 1 isə nəfər vəfat edib

İndiyə qədər Azərbaycanda koronavirus infeksiyasına 2519 nəfərin yoluxması faktı müəyyən edilib.Onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb. 

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com