Ç. İyn 25th, 2025

Bu gün keçirilən 9 və 11-ci siniflər üçün təxirə salınmış buraxılış imtahanı və yeni qaydalar

Çərşənbə günü Dövlət İmtahan Mərkəzi (DİM) ümumi və tam orta təhsil səviyyəsi üzrə, yəni, 9 və 11-ci siniflər üçün buraxılış (qəbul) imtahanları keçirib.

Təhsil Nazirliyi bildirib ki, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 120 minə yaxın, XI siniflərini isə 80 mindən çox şagird bitirəcək.
Qarşıdakı tədris ilində isə respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 mindən çox uşağın qəbulu proqnozlaşdırılır.
Yeni qaydalar :
Qaydalarda qeyd olunub ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
Qurumdan bildirilib ki :
“Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır”.


İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.


Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

Mənbə :BBC News Azərbaycanca

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com