Ç. İyn 25th, 2025

Bu gün Milli Musiqi Günüdür

Bu gün Azərbaycan xalqının böyük təntənə ilə keçirdiyi bayram günlərindən biridir.

1885-ci il 18 sentyabr dahi bəstəkar Ü.Hacıbəyovun doğum günüdür. Həmçinin, 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Belə ki, milli musiqimiz inkişafinda Üzeyir Hacıbəyovun misilsiz rolu olmuşdur.

Qeyd edək ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi, Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.

Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşır və burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com