Ç. İyn 25th, 2025

Bu gün Milli Qəhrəman general-mayor Polad Həşimovun doğum günüdür

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuşdur. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə aldıqdan sonra, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.

General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verildi.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com