Ca. İyn 26th, 2025

Bu gün saat 11:00-dan 17:00 -a qədər olan aralıqda küçəyə çıxmaq məsləhətli deyil

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

İyunun 13 və 14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40, aran bölgəsində isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Havanın temperaturu bu gün Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bununla bağlı əhaliyə müraciət edərək vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamağı tövsiyə edib:
 “Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün həddindən artıq əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa üstünlük verin, özünüzlə su götürün”.

Mənbə: Qafqazinfo

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com