Bu iki dövlət arasında əməkdaşlıq sənədi imzalanıb

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında bank və maliyyə sahəsində əməkdaşlıq haqqında ilk protokol imzalanıb.
İsrail KİV-in verdiyi xəbərə istinadən bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Razılaşma çərçivəsində maliyyə və investisiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün İsrail və BƏƏ ortaq komissiya yaradacaq.
Qeyd edək ki, daha əvvəl BƏƏ İsrailə qarşı iqtisadi boykota son qoymuşdu.