Ç. İyn 25th, 2025

Bu ölkədə COVİD-19-ə yoluxanların sayı kəskin artdı

İsveçrədə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 310 nəfər artaraq 38 662-yə çatıb. Bu, son dörd ay ərzində xəstələnənlərin sayında ən böyük artımdır.

“TASS”-ın verdiyi xəbərə görə bu barədə ölkənin Federal Səhiyyə İdarəsinin məlumatında deyilir.

Qurumun məlumatına görə, son yeddi gün ərzində 1 450 yoluxma halı qeydə alınıb. Pandemiyanın başladığı vaxtdan İsveçrədə 1 718 nəfər dünyasını dəyişib. Son sutka ərzində iki nəfər vəfat edib. Pandemiya ərzində 4 460 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 19-u son sutkada.

Mənbə: qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com