Bu ölkələrdə Azərbaycan bayrağı işıqlandırıldı

28 May Respublika günü münasibətilə Azərbaycan bayrağı bu ölkələr tərəfindən körpülər, meydanlar və məşhur tikililər üzərində işıqlandırıldı:
Qardaş ölkə Türkiyədə 15 İyul Şəhidləri, Fatih Sultan Məhmət və Yavuz Sultan Səlim körpüləri, həmçinin Galata qalasında;
Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki Sülh körpüsü üzərində;
Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında;

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən, dünyanın ən hündür tikilisi olan “Bürc Xəlifə” binasında.
