Ca. İyn 26th, 2025

Bu rayonun polis rəisi işdən çıxarıldı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb. 

Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb. 

E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır. 

Mənbə: Qaynarinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com