Ç. İyn 25th, 2025

Bu şəxslərə 1500 manat pul verilib – RƏSMİ

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.
İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.  

Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının –  256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul həyat yoldaşlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və  b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.
Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub.
Mənbə: oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com