Bugünkü valyuta hərracında 53,8 mln. dollar əvvəlkindən 0,7 mln. dollar artaraq satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən verilən xəbərə görə, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,3% və ya 0,7 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Mənbə:xezerxeber.az